Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunun ən böyük yaşayış məntəqəsi olan Bığır kəndinin qazlaşdırılması üçün görülən işlər başa çatdırılıb.
APA-nın məlumatına görə, kəndə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə məlumat verilib ki, 21 illik fasilədən sonra Bığır kəndində 78 min 127 poqonmetr uzunluğunda müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz xətti çəkilib, ümumilikdə 1188 mənzilə fərdi tənzimləyici və sayğac quraşdırılıb.
Hazırda isə Qarayazı və Məlikkənd kəndlərinin qazlaşdırılması üçün görülən işlər davam etdirilir. Yaxın vaxtlarda həmin kəndlərə “mavi yanacağ”ın verilməsi nəzərdə tutulur.
Bu günədək Göyçay şəhərində və 18 kənddə 14 min 375 mənzil qazlaşdırılıb.