Gürcüstanın yanacaq idxalının 30 faizi Azərbaycanın payına düşür

Gürcüstanın yanacaq idxalının 30 faizi Azərbaycanın payına düşür
# 08 yanvar 2018 10:49 (UTC +04:00)

2017-ci ilin dekabr ayında Gürcüstan Azərbaycandan 34,1 min ton benzin və dizel yanacağı idxal edib.

APA-nın yerli bürosunun Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin noyabr ayı ilə müqayisədə 13,1 min ton çoxdur.Hesabat dövründə Gürcüstanın neft məhsulları idxalının 29,2%-i Azərbaycanın payına düşüb.

Ötən ilin dekabr ayında Gürcüstan ümumilikdə 116,7 min ton benzin və dizel yanacağı idxal edib ki, bu da noyabr ayı ilə müqayisədə 21,3 min ton çoxdur.

Gürcüstan Azərbaycanla yanaşı, ən çox Rusiya (32 min ton), Rumıniya (28,5 min ton), Türkmənistan (11 min ton), Bolqarıstan (6,2 min ton) və Yunanıstandan (4,9 min ton) benzin və dizel yanacağı idxal edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR