II rübdə AÇG yataqlar blokundan SOCAR-a 2,1 mlrd. kubmetr səmt qazı verilib

II rübdə AÇG yataqlar blokundan SOCAR-a 2,1 mlrd. kubmetr səmt qazı verilib
# 10 avqust 2015 14:23 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. 2015-ci ilin I yarısında Azəri-Çıraq-Günəşlidən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları” vasitəsilə gündə orta hesabla 11,4 mln. kubmetr, ümumilkdə isə 2,1 mlrd. kubmetr səmt qazı verilib.

“BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edir.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 mln. barel neft və Şahdəniz qazı üçün təqribən 29,5 mln. standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 49,3 mln. standart kubmetr təşkil edir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

Birinci yarım il ərzində terminal təqribən 154 mln. barel neft və kondensat, o cümlədən təqribən 135 mln. Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 16,3 mln. bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu (QİBK), təqribən 2,2 mln. barel dəmir yolu vasitəsilə və 0,9 mln. barel kondensat ixrac kəməri vasitəsilə ixrac edib.

Birinci yarım ildə terminaldan, həmçinin gündəlik orta hesabla 28,8 mln. standart kub metr (1 milyard 17 milyon standart kubfut) “Şahdəniz” qazı ixrac edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR