İranda təbii qaz kəmərində güclü partlayış baş verib

İranda təbii qaz kəmərində güclü partlayış baş verib
# 06 avqust 2013 14:47 (UTC +04:00)

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, partlayış İranın Xuzistan vilayətində Mahşəhr-Əhvaz magistral yolunun üzərində yerləşən “Maron” neft-kimya zavodunda “mavi yanacaq” kəmərində qeydə alınıb.

 

Nəticədə böyük yanğın əmələ gəlib və bölgəni tüstü qatı bürüyüb. Hadisə yerinə xilasetmə və yardım qrupları ilə yanaşı, “Maron” neft-kimya zavodunun direktoru və digər səlahiyyətliləri gəlib. Partlayışın səbəbi, ölən və ya yaralananların olduğu barədə heç bir məlumat verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR