Lənkəranın Ürgə kəndinə təbii qaz verilib - FOTO

Lənkəranın Ürgə kəndinə təbii qaz verilib  - <span style="color: red;">FOTO
# 18 sentyabr 2013 17:35 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Sentyabrın 18-də Lənkəran rayonunun Ürgə kəndinə təbii qaz verilib. APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən mərasimi giriş sözü ilə açan Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Göyşaban inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ceyhun İmanov kənddə 1950 nəfər əhalinin yaşadığını, 544 nəfər abonentin mənzilinə qaz verildiyini, ərazidə 12 min 240 metr uzunluğunda polad borularla, 23 min 459 metr uzunluğunda polietilen borularla məhəllədaxili qaz xətlərinin çəkildiyini, 544 ədəd sayğac və fərdi tənzimləyici şkafların quraşdırıldığını diqqətə çatdırıb.

İcra başçısı Taleh Qaraşov 20 illik fasilədən sonra kəndə təbii qazın verilməsi münasibətilə əhalini təbrik edərək təbii yanacağın bütün mənzillərə sevinc, hərarət gətirməsini arzulayıb.

Sonda T. Qaraşov və Milli Məclisin deputatı Rüfət Quliyev rəmzi məşəli alovlandırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR