Nazir müavini: “Azərbaycandan Türkiyəyə elektrik enerjisinin həcmini artırmaqla bağlı razılıq əldə olunub”

Nazir müavini: “Azərbaycandan Türkiyəyə elektrik enerjisinin həcmini artırmaqla bağlı razılıq əldə olunub”
# 25 may 2017 13:04 (UTC +04:00)

“Gürcüstan ərazisindən keçməklə Azərbaycandan Türkiyəyə nəql olunan elektrik enerjisinin həcmini artırmaq imkanımız olacaq”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanın energetika nazirinin müavini Mariam Valişvili deyib. Onun sözlərinə görə, artıq bununla bağlı Azərbaycan tərəfi ilə razılaşma əldə olunub.

“Bizim Azərbaycanla növbəti tranzit mövsümü başlayır. Ölkələrimiz üçün 2015-2016-cı illər məhsuldar olub. Biz Gürcüstan ərazisindən keçən elektrik enerjisi tranzitini artırmışıq. Fikirləşirəm ki, bu hələ başlanğıcdır. Bizim aramızda olan infrastruktur çox güclüdür və düşünürəm ki, aramızda olan enerjinin satışı və həcmi daha da çoxalacaq, - deyə M.Valişvili vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR