Ötən ay Azərbaycanda enerji istehsalı 18% artıb

Ötən ay Azərbaycanda enerji istehsalı 18% artıb
# 08 sentyabr 2014 12:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin avqust ayında Azərbaycanın enerji sistemində 2 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib.

“Azərenerji” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,6% artıb.

Bu ilin ötən 8 ayı ərzində isə 15,1 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə bu göstərici 5,3% çoxdur.

Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR