Ötən il Azərbaycan Rusiyaya 241 mln. kVt/saat elektrik enerjisini ixrac edib

Ötən il Azərbaycan Rusiyaya 241 mln. kVt/saat elektrik enerjisini ixrac edib
# 06 mart 2013 11:48 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA-Economics. Azərbaycan və Rusiya enerji sistemləri arasında paralel iş rejimi çərçivəsində 2012-ci ildə elektrik enerjisinin mübadiləsi 296,6 mln. kVt/saat təşkil edib. Bunun 240,8 ml nəql olunan həcmin payına düşüb. «APA-Economics»in məlumatına görə, bu barədə Milli Məclisə təqdim olunmuş Azərbaycan hökumətinin 2012-ci il üzrə hesabatında deyilir.

Qeyd edək ki, 2012-ci ildə Rusiya əvvəlki illərdə olduğu kimi Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biri olub. Ötən il MDB ölkələri ilə ticarət dövriyyəsinin 64,4%-i məhz Rusiyanın payına düşüb və 2 338,2 mln. dollar təşkil edib.

Bununla yanaşı, hesabat ilində Bakı-Novorossiysk boru kəməri ilə 2,0 mln. ton Azərbaycan nefti nəql olunub və Azərbaycandan Rusiyaya 1,5 mlrd. kubmetr təbii qaz ixrac edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR