2017-ci il ərzində Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 832,7 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2016-cı illə müqayisədə 2,6%-lik azalma müşahidə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 1,2% azalaraq 294,7 mln. manat təşkil edib.
Ötən il ərzində Azərbaycanda 22 551,6 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2016-cı ilin göstəriciləri ilə müqayisədə 2,3% azdır.
Bunun 1 717,8 kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2016-cı ilin göstəriciləri ilə müqayisədə 10,1% azdır.
Bunun 19 826,7 kVt/saatı istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2016-cı ilin göstəriciləri ilə müqayisədə eyni səviyyədə 1,2% azdır.
2017-ci il ərzində Azərbaycanda 11,6 kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2016-cı ilin göstəriciləri ilə müqayisədə 34,8% azdır.
Ötən il ərzində ölkədə 40 kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da 2016-cı ilin göstəricisi ilə müqayisədə 35,1% azdır.