Ötən il BTC ilə 35 mln. tona yaxın xam neft ixrac olunub

Ötən il BTC ilə 35 mln. tona yaxın xam neft ixrac olunub
# 19 fevral 2015 13:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. 2014-cü il ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas boru kəməri vasitəsilə təqribən 34,8 mln. ton (262 mln. barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 362 tankerə yüklənib.

APA-Economics”in məlumatına görə, bu barədə BTC-nin əsas operatoru olan “BP-Azerbaijan” şirkətinin yaydığı illik hesabatda bildirilir.

Məlumata görə, hazırda BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 mln. bareldir.

2014-cü ildə BTC üzrə əməliyyat xərclərinə 0,2 mlrd. dollar, əsaslı xərclərə isə 0,1 mlrd. dollar xərclənib.

Xatırladaq ki, 1 768 km uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyun ayından istismardadır. O vaxtdan bəri BTC vasitəsilə nəql edilmiş ümumilikdə təxminən 2,1 mlrd. barel (280 mln. ton) xam neft Ceyhanda 2 793 tankerə yüklənib və dünya bazarlarına göndərilib. Avqust ayında BTC Türkiyənin Ceyhan terminalından 2 milyardıncı barel nefti yola salmağını qeyd edib.

Qeyd edək ki, BTC Ko.-nun səhmdarları BP (30,1%); AzBTC (25,00%); “Chevron” (8,90%); “Statoil” (8,71%); TPAO (6,53%); ENİ (5,00%); “Total” (5,00%), “İtochu” (3,40%); “İnpex” (2,50%), “ConocoPhillips” (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR