Ötən il Gürcüstan Azərbaycandan 200 min tona yaxın neft məhsulu idxal edib

Ötən il Gürcüstan Azərbaycandan 200 min tona yaxın neft məhsulu idxal edib
# 15 yanvar 2018 12:13 (UTC +04:00)

2017-ci ildə Gürcüstan Azərbaycandan 197,6 min ton benzin və dizel yanacağı idxal edib.

APA-nın yerli bürosunun Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinə istinadən verdiyi xəbərə görə, ötən il ölkənin neft məhsulları idxalının 18%-i Azərbaycanın payına düşüb.

Ötən il Gürcüstan ümumilikdə 1095,8 min ton benzin və dizel yanacağı idxal edib ki, bu da 2016-cı illə müqayisədə 133,8 min ton və ya 10,9% azdır. İdxal olunmuş neft məhsullarının 532,6 min tonu benzin, 563,2 min tonu isə dizel yanacağıdır.

Qonşu ölkə 2017-ci ildə ən çox Rumıniyadan benzin və dizel idxal edib (305,7 min ton). Rusiya (223,6 min ton), Bolqarıstan (154,7min ton), Türkmənistan (149 min ton), Yunanıstan (51,7 min ton) və Ukraynadan (5,2 min ton) da böyük həcmdə qeyd olunan neft məhsulları idxal olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR