Prezident İlham Əliyev “Azərişıq” ASC-nin yaradılması haqqında sərəncam imzalayıb - VİDEO

Prezident İlham Əliyev “Azərişıq” ASC-nin yaradılması haqqında sərəncam imzalayıb - <span style="color: red;">VİDEO
# 10 fevral 2015 11:14 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev “Bakıelektrikşəbəkə” ASC-nin adı dəyişdirilərək “Azərişıq” ASC adlandırılması ilə bağlı sərəncam imzalayıb.

APA-Economics”in məlumatına görə, müəyyən edilib ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirir, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan Respublikasının ərazisində “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyətinin “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə ötürülməsi, o cümlədən istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin balansındakı əmlak və digər avadanlıqların “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin balansına verilməsi üçün tədbirlər görsün, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin ümumi yığıncağının səlahiyyətlərini həyata keçirən dövlət orqanları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin yeni Nizamnamələrinin və strukturlarının layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin, sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Naxçıvan Muxtar Respublikasında elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirmək, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Agentliyi həyata keçirir.

Prezidentin digər sərəncamı ilə Balababa Rzayev “Azərişıq” ASC-nin sədri təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR