Rövnəq Abdullayev: “ARDNŞ Qaz Emalı Zavodunu bərpa etməyəcək”

Rövnəq Abdullayev: “ARDNŞ Qaz Emalı Zavodunu bərpa etməyəcək”
# 15 sentyabr 2014 10:59 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Qaz Emalı Zavodunu yenidən bərpa etmək niyyətində deyil.

APA-Economics”in xəbərinə görə, bunu ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

Şirkət rəhbəri deyib ki, Qaz Emalı Zavodunu bərpa etmək iqtisadi baxımdan əlverişli deyil. “Zavod çox köhnədir”, - deyə o bildirib.

Qeyd edək ki, Qaz Emalı Zavodunda “Azneft” İB-də hasil olunmuş təbii və səmt qazları emal edilir. Zavodun istehsal olunmuş məhsullarına təmizlənmiş qaz, maye qaz və qaz benzini aiddir. 2010-cu ildə müəssisədə 4,030 mlrd. kubmetr təmizlənmiş qaz, 24,8 min ton maye və 26,7 min ton qaz benzini istehsal olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR