Rövnəq Abdullayev Türkmənistan prezidenti ilə görüşüb

Rövnəq Abdullayev Türkmənistan prezidenti ilə görüşüb
# 23 sentyabr 2014 10:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Türkmənistana səfəri çərçivəsində bu ölkənin rəhbəri Qurbanqulu Berdıməhəmmədovla görüşüb.

APA-Economics”in Türkmənistanın rəsmi mətbuat orqanlarına istinadən verdiyi xəbərə görə, görüş zamanı iki ölkə arasında energetika sahəsində strateji əməkdaşlıq perspektivləri müzakirə olunub.

Tərəflər Xəzər dənizində iri neft və qaz yataqlarına sahib olan iki ölkə bundan sonra da ənənəvi əməkdaşlığı davam etdirmək niyyətində olduqlarını qeyd edib.

Vurğulanıb ki, Türkmənistan və Azərbaycan beynəlxalq arenada qarşılıqlı əməkdaşlıqda maraqlıdır. Həmçinin, hər iki ölkə qlobal energetik təhlükəsizliyin təminatında mövcud müasir problemlərin optimal yollarının axtarışında əməkdaşlıq edir.

Türkmənistanın çoxşaxəli ixrac boru kəmərlərinin sisteminin yaradılması barədə konstruktiv siyasətindən söhbət açarkən vurğulanıb ki, bu sahədə bir sıra irimiqyaslı layihələr həyata keçirilir ki, bu layihələr bütün iştirakçı dövlətlərin iqtisadiyyatına real fayda vermiş olub.

ARDNŞ prezidenti qeyd edib ki, Azərbaycan Türkmənistanla əməkdaşlıq münasibətlərinin genişlənməsində maraqlıdır və bu əlaqələr bütün Xəzəryanı ölkələrin iqtisadi inkişafına təkan olacaq.

Həmçinin görüş zamanı Türkmənistanda həyata keçirilən iri miqyaslı enerji layihələrinin əməkdaşlığın yeni perspektiv planlarının müzakirəsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR