Rumıniya “Nabucco West” layihəsinə görə Avropa Birliyindən 23 milyon dollar kompensasiya tələb edir

Rumıniya “Nabucco West” layihəsinə görə Avropa Birliyindən 23 milyon dollar kompensasiya tələb edir
# 29 avqust 2013 10:19 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Rumıniyanın prezidenti Trayan Basesku bildirib.

“Rumıniya hesab edir ki, “Nabucco” layihəsinin reallaşmamasına görə kompensasiya tələb etmək hüququ var. Rumıniyanın bu layihəni dəstəklədiyini, “Cənub axını” ilə “Nabucco” arasındas tərəddüd etmədən sonuncunu seçdiyini nəzərə almaq lazımdır.

“Euroaktiv”in yazdığına görə, Rumıniya Avropa Birliyindən 23 milyon dollar kompensasiya tələb etmək niyyətindədir.

Avropa Birliyi isə öz növbəsində bəyan edib ki, qərarı Avropa Komissiyası deyil, “Nabucco” konsorsiumu qəbul edib, buna görə də Avropa Komissiyası heç bir məsuliyyət daşımır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR