Rusiya Energetika Nazirliyi: Rusiya Azərbaycanda qaz mühərrik yanacağı bazarının inkişafında maraqlıdır

Rusiya Energetika Nazirliyi: Rusiya Azərbaycanda qaz mühərrik yanacağı bazarının inkişafında maraqlıdır
# 13 avqust 2013 19:33 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Energetika Nazirliyinin Rusiya və Azərbaycan dövlət başçılarının bu gün Bakıda keçirilən ikitərəfli görüşünün nəticələrinə dair açıqlamasında bildirilir. Görüşdə Rusiya energetika naziri Aleksandr Novak da iştirak edib.

Açıqlamada bildirilir ki, tərəflər respublika ərazisində birgə layihələrin həyata keçirilməsinin mümkünlüyünü müzakirə ediblər. Görüşdə xüsusilə Azərbaycanda qaz mühərrik yanacağı bazarının inkişafı məsələsinə toxunulub.

Səfərin nəticələrinə əsasən, neft-qaz və elektrik enerjisi sahələrində Rusiya və Azərbaycan enerji şirkətləri arasında bir neçə saziş imzalanıb.

Qeyd edək ki, “Rosneft” qaz mühərrik yanacağının istifadəsini genişləndirməkdə maraqlıdır. Bu sahə şirkətin qaz strategiyasının yeni və prioritet istiqamətlərindən biridir. Bir müddət əvvəl şirkət Rusiyanın bir sıra bölgələri ilə qaz mühərrik yanacağı sahəsində layihələrin inkişafına dair müqavilələr bağlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR