SOCAR "Petkim"dəki səhmlərinin bir hissəsini satır

SOCAR "Petkim"dəki səhmlərinin bir hissəsini satır
# 04 fevral 2015 06:58 (UTC +04:00)

"APA-Economics"in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, SOCAR Topdan Satışlar Bazarında "Petkim"də sahib olduğu hissələrdən 34 mln. ədəd səhmi bir ədədi 4 lirədən olmaqla "BCM Global Fund" şirkətinə satacaq.

Əqdin dəyəri 136 mln. lirə (57 mln. dollara yaxın) təşkil edəcək.

Səhmlərin satışı fevralın 5-də "Ünlü Menkul Değerler" şirkəti tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, bu xəbərdən sonra "Petkim"in səhmləri 2 bənd yüksəlmə ilə başlayaraq 3,67% artımla 3,95 lirəyə yüksəlib.

Xatırladaq ki, SOCAR Türkiyənin "Petkim Petrokimya Holding"in nəzarət səhm paketinin (61,32%) sahibidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR