SOCAR dövlət büdcəsinə ödənişlərini 11%-dən çox artırıb

SOCAR dövlət büdcəsinə ödənişlərini 11%-dən çox artırıb
# 12 may 2017 09:49 (UTC +04:00)

Bu ilin aprel ayında SOCAR tərəfindən dövlət büdcəsinə 133 mln. 659 min manat vəsait ödənilib.

SOCAR-dan «APA-Economics»ə verilən məlumata görə, bu göstərici 2016-cı ilin aprel ayı ilə müqayisədə 13 mln. 814 min manat və ya 11,5% çoxdur.

Ümumiyyətlə, bu ilin yanvar-aprel aylarında büdcəyə 530 mln. 302 min manat vəsait ödənilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 85 mln. 327 min manat və ya 19,2% çoxdur.

Bundan əlavə, bu ilin aprel ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 13 mln. 247 min manat vəsait köçürüb. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 109 min manat və ya 0,8% çoxdur.

Bu ilin yanvar-aprel aylarında SOCAR tərəfindən DSMF-yə ödəniş 49 mln. 515 min manat təşkil edib ki, bu da 2016-cı ilin yanvar-aprel ayları ilə müqayisədə 4 mln. 407 min manat və ya 9,8% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR