SOCAR IAP layihəsi ilə bağlı daimi işçi bölməsinin fəaliyyətinə dəstək göstərə bilər

SOCAR IAP layihəsi ilə bağlı daimi işçi bölməsinin fəaliyyətinə dəstək göstərə bilər
# 06 may 2016 17:10 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Monteneqronun iqtisadiyyat naziri Vladimir Kovariçin təşəbbüsü ilə mayın 6-da Budva şəhərində Xorvatiyanın energetika naziri Tomislav Palenic, Albaniyanın energetika naziri Damian Gjiknuri və Bosniya və Herseqovinanın Energetika Nazirliyinin nümayəndələrinin iştirakı ilə Ionik-Adriatik Boru Kəmərinin (IAP) nazirlər səviyyəsində iclası keçirilib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, Azərbaycanı təmsil edən “SOCAR Balkan” şirkətinin baş icraedici direktoru Murad Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti iclasda müşahidəçi qismində iştirak edib.

IAP-ın iclasının iştirakçıları layihənin həyata keçirilməsi ilə bağlı inkişafı nəzərdən keçirib və layihə işlərinin daha effektiv əlaqələndirilməsini təmin etmək, habelə qərarların qəbul edilməsi prosesinin səmərəliliyini artırmaq məqsədilə daimi işçi bölməsinin yaradılmasına dair razılığa gəliblər. Nazirlər Ionik-Adriatik Boru Kəmərinin nazirlər səviyyəsində iclasının nəticələrinə dair Birgə Bəyanat qəbul ediblər. Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycanın rolu nəzərə alınaraq, SOCAR daimi işçi bölməsinin fəaliyyətinə dəstək göstərməyə dəvət olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR