SOCAR və BP lay sularının idarəolunmasına dair pilot layihə həyata keçirəcək

SOCAR və BP lay sularının idarəolunmasına dair pilot layihə həyata keçirəcək
# 23 sentyabr 2014 15:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) lay suyu məsələlərinə dair SOCAR-BP Ekoloji işçi qrupunun növbəti iclası keçirilib.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, iclasda SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə, BP-nin əməyin təhlükəsizliyi və əməliyyat riskləri üzrə vitse-prezidenti Robert Vat, BP London ofisindən lay suları üzrə məsul şəxs Endryu Vatson və digər mütəxəssislər iştirak ediblər.

İclasda BP və SOCAR-da formalaşan lay sularının utilizasiya metodları, bu sahədə mövcud təcrübə müzakirə edilib. Bundan əlavə, lay sularının idarəolunmasına dair pilot layihənin həyata keçirilməsi məsələsinə də toxunulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR