TANAP qaz boru kəmərinin inşası çərçivəsində ilk tenderlər elan olunub

TANAP qaz boru kəmərinin inşası çərçivəsində ilk tenderlər elan olunub
# 06 avqust 2013 11:51 (UTC +04:00)

APA-Economics”in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, boru satın alınması üçün tenderin müddəti bu il avqustun 27-də, boru kəmərinin və stansiyaların tikintisi üçün tenderin müddəti isə sentyabrın 27-də başa çatacaq.

Qeyd edək ki, Türkiyə ərazisindən keçən TANAP-ın tikintisinə 2013-cü ildə başlanması nəzərdə tutulur. Layihənin reallaşması üzrə Azərbaycan və Türkiyə arasında müvafiq hökumətlərarası sazişlər imzalanıb ki, layihənin reallaşması üçün artıq qanunvericilik bazası formalaşıb. Tikintinin 2017-2018-ci illərdə başa çatdırılması gözlənilir ki, həmin vaxt ilk qazın nəqletmə gücü 16 mlrd. kubmetr, 2023-cü ildə 23 mlrd. kubmetr, 2026-cı ildə isə 31 mlrd. kubmetr olacaq. İlkin mərhələdə nəqli nəzərdə tutulan 16 mlrd. kubmetrin 10 mlrd-ı Avropaya tranzit olunacaq, 6 mlrd. kubmetri isə Türkiyəyə veriləcək.


Hazırda layihədə iştirak payının 80%-i Azərbaycan Dövlət Neft Şirkətinə, 20%-i isə Türkiyəyə məxsusdur. Lakin Azərbaycan öz payından 29%-ni BP, «Statoil» və «Total» şirkətlərinə təqdim etmək niyyətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR