Tehranda İƏT ölkələrinin neft və energetika nazirlərinin toplantısı keçirilir

Tehranda İƏT ölkələrinin neft və energetika nazirlərinin toplantısı keçirilir
# 04 mart 2013 07:29 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. Bu gün Tehranda (İran) İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin neft və energetika nazirlərinin III yığıncağı işə başlayıb.

APA-nın «Mehr» xəbər agentliyinə istinadən verdiyi məlumata görə, martın 4-6-da keçiriləcək toplantıda İran, Azərbaycan, Türkiyə, Pakistan, Əfqanıstan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Tacikistanın nazirləri iştirak edəcəklər.

Toplantıda Avropaya təbii qazın tranziti, İran qaz boru xətlərindən bəzilərinin Türkiyə şirkətləri tərəfindən maliyyələşdirilməsi, Türkiyəyə neft ixracı ilə bağlı son vəziyyət, «Tüpraş» neftayırma zavodunun vəziyyəti, neft və təbii qazın qiymətli metallarla mübadiləsi kimi məsələlər əsas müzakirə mövzusu olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR