Trans-Adriatik Boru Kəməri layihəsində kadr dəyişikliyi olub

Trans-Adriatik Boru Kəməri layihəsində kadr dəyişikliyi olub
# 17 avqust 2015 08:19 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinə yeni baş maliyyə müdiri təyin edilib.

APA-Economics” "TAP AG"nin saytına istinadən xəbər verir ki, bu vəzifəyə Gunnar Valter (Gunnar Walter) təyin edilib. O, öz vəzifə səlahiyyətlərinin icrasına avqustun 1-dən başlayıb.

Qeyd edək ki, G. Valter 2014-cü ilin yanvarından əsas maliyyə meneceri kimi TAP-da fəaliyyətə başlayıb. 2015-ci ilin iyunundan isə maliyyə müdiri vəzifəsini icra edib.

Məlumata görə, G.Valterin qaz infrastruktur layihələrinin inkişafında 13 illik təcrübəsi var və onun bu vəzifəyə təyin olunması layihənin idarə edəcək komandanı daha da gücləndirəcək.

Xatırladaq ki, pay bölgüsünə əsasən, BP, SOCAR və "Statoil" şirkətlərinin hər biri TAP-da 20% paya malikdir. Qalan hissənin 19%-i Belçikanın "Fluxy", 16%-i İspaniyanın "Enagas", 5%-i isə İsveçrənin "Axpo" şirkətinə məxsusdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR