Ucarda elektrik enerjisinin verilişində problem yaranıb

Ucarda elektrik enerjisinin verilişində problem yaranıb
# 06 avqust 2013 15:37 (UTC +04:00)

Ucar. Zahid Abışov - APA. Ucarda elektrik enerjisinin verilişində problem yaranıb.

APA-nın yerli bürosunun məlumatına görə, rayonda son aylar enerjinin verilişində gün ərzində 2-3 dəfə fasilə yaranırdısa, artıq iki gündür ki, 8-10 dəfəyə kimi fasilə yaranır. Bu da enerji istifadəçilərinin ciddi narazılığına səbəb olub.

Ucar Paylayıcı Elektrik Şəbəkəsinin baş mühəndisi Bahadur Faxrədov APA-nın yerli bürosuna bildirib ki, enerjinin fasilələrlə verilməsinin əsas səbəbi elektrik naqillərinin, dirəklərin və transformatorların istismar müddətini başa vuraraq köhnəlməsidir. Son iki gündə isə enerjinin verilişində yaranmış fasilə yarımstansiyada baş vermiş partlayışla əlaqədardır.

Güclü külək nəticəsində naqillərdə baş verən qısa qapanma yarımstansiyada partlayışa səbəb olub. Bu da enerjinin verilişində fasilələr yaradıb. B.Faxrədovun sözlərinə görə, artıq yarımstansiyada təmir işləri başa çatıb. Axşama kimi rayonun bütün yaşayış məntəqələrinə fasiləsiz enerji veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR