Ukraynada SOCAR brendi ilə daha bir YDM istifadəyə verilib

Ukraynada SOCAR brendi ilə daha bir YDM istifadəyə verilib
# 23 iyul 2014 08:58 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Ukraynanın Çerkassk vilayətində SOCAR brendi ilə premium-klass tipli daha bir yanacaqdoldurma məntəqəsi açılıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) “APA-Economics”ə verilən məlumata görə, Uman şəhərinin girişində “Sofiyevka” dendrologiya parkının qarşısında yerləşən YDM SOCAR-ın Çerkassk vilayətində sayca altıncı məntəqəsidir. Burada alıcılara Polşa, Litva və Belarusun qabaqcıl emal zavodlarında istehsal olunmuş Avro-5 standartına cavab verən neft məhsulları - A-92, A-95, A-95 TM “Nano” benzinləri və TM “Nano” dizel yanacağı təklif olunur.

YDM ərazisində iki yanacaqpaylama qurğusu, kafe və mağaza fəaliyyət göstərir. Burada müştərilərə onların rahatlığını təmin edən bir sıra xidmətlər də göstərilir. Avtomobillərin su təchizatı, yuyulması, təkərlərin doldurulması, dayanacaq, internet kimi xidmətlər pulsuz təqdim olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR