Ukraynanın energetika və kömür sənayesi naziri Azərbaycana gələcək

Ukraynanın energetika və kömür sənayesi naziri Azərbaycana gələcək
# 05 mart 2013 13:50 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Martın 11-12-də Ukraynanın energetika və kömür sənayesi naziri Eduard Stavitskinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdə olacaq.

«APA-Economics»in Azərbaycan Sənaye və Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, səfər zamanı E.Stavitskini Ukraynanın xarici işlər nazirinin müavini, Azərbaycan-Ukrayna iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası komissiyasının həmsədrinin müavini Viktor Mayko, «Metinvest» şirkətinin direktoru Andrey Çebanenko, «Altkom» şirkəti Direktorlar Şurasının sədri Aleksandr Tislenko, «CA İnterbudmontaj» şirkəti İdarə Heyətinin sədri Vladimir Petruk və Energetika və Kömür Sənayesi Nazirliyinin məsul şəxsləri müşayiət edəcək.

Səfər çərçivəsində Azərbaycan Sənaye və Energetika Nazirliyində nazirlər səviyyəsində ikitərəfli və geniş tərkibdə görüş keçiriləcək. Görüşdə 2011-ci ilin yanvarın 26-da Davosda iki Azərbaycan və Ukrayna hökumətləri arasında imzalanmış Ukrayna ərazisindən neftin nəqli sahəsində əməkdaşlığın inkişafına dair tədbirlər barədə saziş, Ukrayna ərazisinə sıxılmış təbii qazın çatdırılmasının təşkili üzrə əməkdaşlıq haqqında memorandum, Avrasiya Neft Nəqliyyat Dəhlizi və Odessa-Brodı-Plotsk-Qdansk neft boru kəməri layihələri, «Sarmatiya» Beynəlxalq Boru Müəssisəsinin fəaliyyəti, eyni zamanda Ukraynada Azərbaycan Dövlət Neft Şirkətinin törəmə müəssisəsi olan «SOCAR Energy Ukraina» tərəfindən görülən işlər barədə məsələlər və gələcək əməkdaşlığa dair müzakirələr aparılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR