Yaponiyanın İrandan neft idxalı iki dəfə artıb

Yaponiyanın İrandan neft idxalı iki dəfə artıb
# 28 iyun 2013 09:49 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. Yaponiyanın İrandan neft idxalı iki dəfə artıb. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə Yaponiya Maliyyə Nazirliyinin iyunun 27-də yaydığı aylıq hesabatda bildirilir.

Yaponiya bu ilin may ayında İrandan gündəlik 221 min 535 barel xam neft alıb. Bu rəqəm ötən ilin may ayında isə gündəlik 99 min 336 barel təşkil edib. Yaponiya Maliyyə Nazirliyinin məlumatına əsasən, bu ölkə aprel ayında İrandan gündəlik təqribən 111 218 barel xam neft idxal edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR