Azərbaycan İqtisadi İnkişaf Nazirliyində kadr rotasiyası aparılıb

Azərbaycan İqtisadi İnkişaf Nazirliyində kadr rotasiyası aparılıb
# 28 avqust 2008 12:35 (UTC +04:00)
«Elçin Zeynalov Antiinhisar Dövlət Xidmətinin rəisi vəzifəsinin icraçısı təyin olunub. Bundan öncə E.Zeynalov İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru vəzifəsində çalışıb. SKMF-nin rəhbəri vəzifəsinə isə İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin rəisi Xaliq Məmmədov təyin olunub», - deyə Nazirlikdən bildirilib.
Qeyd edək ki, İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin rəisi vəzifəsini müvəqqəti Xidmətin rəis müavini Aslan Cəfərov icra edəcək.
Xatırladaq ki, Antiinhisar Dövlət Xidmətinin sabiq rəhbəri Samir Dadaşov barəsində rüşvət almaq ittihamı əsasında həbs qətimkan qərarı seçilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR