Bakıda Azərbaycan-İsveç biznes-forumu keçiriləcək

Bakıda Azərbaycan-İsveç biznes-forumu keçiriləcək
# 05 noyabr 2008 13:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin noyabr ayının 19-da Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Nobel İrsi Fondunun təşkilatçılığı ilə Bakıda Azərbaycan-İsveç biznes-forumu keçiriləcək.
Azpromo-dan «APA-Economics»ə verilən məlumata görə, biznes-forum İsveçin məşğulluq naziri Sven Ottolittorenin Azərbaycana səfəri çərçivəsində təşkil olunacaq. Forumda energetika, nəqliyyat, kənd təsərrüfatı, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən İsveçin 12 şirkətinin nümayəndələri iştirak edəcəklər. Bundan başqa, tədbirdə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov və digər rəsmi şəxslər iştirak edəcək.
Qeyd edək ki, İsveç nümayəndə heyətinin Azərbaycana səfəri noyabrın 17-dən 20-dək davam edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR