Azərbaycanda Risk Peşəkar Assosiasiyası yaradılır

Azərbaycanda Risk Peşəkar Assosiasiyası yaradılır
# 29 aprel 2009 09:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin may ayı ərzində Azərbaycanda yeni Risk Peşəkar Assosiasiyası (ARPA) fəaliyyətə başlayacaq. Bu barədə «APA-Economics»ə ARPA-nın təsisçisi və sədri Rüfət Mahmudov məlumat verib.
R.Mahmudovun sözlərinə görə, hazırda Assosiasiyanın formalaşmasına dair işlər aparılır və yaxın vaxtlarda bu işlər başa çatdırılacaq: «Bu ilin may ayında fəaliyətə başlayacaq ARPA ölkənin bank, lizinq, sığorta, sənaye və digər sahələrdə fəaliyyət göstərən şirkətləri Assosiasiyaya üzvlüyə cəlb edəcək. Artıq bir sıra şirkətin bu məsələdə marağı var».
R.Mahmudov onu da bildirib ki, ARPA «Global Association of Risk Professionals»la (GARP) əməkdaşlıq edir və gələcəkdə bir sıra treninqlər keçiricək. Treninqlərdə iştirak edənlərə risk-menecer GARP sertifikatı veriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR