Məktəb bufetlərində və qaz sobalarının satışı məntəqələrində monitorinqlər keçirilir

Məktəb bufetlərində və qaz sobalarının satışı məntəqələrində monitorinqlər keçirilir
# 02 dekabr 2009 17:00 (UTC +04:00)
Bakı – APA. İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti (İBNDX) istehlak bazarını keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli mallardan qorumaq məqsədilə nəzarət tədbirlərini davam etdirir.

İBNDX-dən APA-ya verilən məlumata görə, bu həftədən etibarən qurum Bakı şəhərinin orta ümumtəhsil müəssisələrində fəaliyyət göstərən yeməkxana və bufetlərdə monitorinqlərə başlayıb. Monitorinqlərin həyata keçirilməsində məqsəd şagirdlərin keyfiyyətli və təhlükəsiz məhsullarla qidalanmasını təmin etməkdir.

Dövlət Xidməti həmçinin qış mövsümü ilə əlaqədar əhalinin artan tələbatını nəzərə alaraq, hazırda şəhərin ticarət obyektlərində sertifikatlaşdırılmamış qaz sobalarının satışının olub-olmamasını müəyyən etmək üçün nəzarət tədbirləri də keçirir.

İBNDX əhaliyə keyfiyyətsiz ərzaq məhsullarının, həmçinin sertifikatlaşdırılmamış qaz sobalarının satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla məlumat verməyi tövsiyə edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR