155 kiloqramdan çox saxlama müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib

155 kiloqramdan çox saxlama müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib
# 10 dekabr 2009 15:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Yasamal rayonunda M.Muxtarov küçəsi, ev 50 ünvanında Qasid Səmədova məxsus mağazada, Gəncə şəhərində Yeni Gəncə qəsəbəsi, 56 №li binanın qarşısında «Gündüz» ərzaq malları mağazasında, Ü.Hacıbəyov küçəsində Taleh Mirzəyevə məxsus ərzaq malları mağazasında, Balakən şəhərində S.Gözəlov küçəsində fiziki şəxs Oqtay Bayramova məxsus ərzaq mağazasında və Quba şəhərində Bazar sahəsində «Elçin market»də ümumi çəkisi 155 kiloqramdan çox saxlama müddəti ötmüş ərzaq məhsulları, o cümlədən kolbasa və qənnadı məmulatları, yağlar, süd və süd məhsulları, makaron məmulatları, pivə, meyvə şirələri, sular, çay, düyü, uşaq yeməkləri və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR