Azərbaycanın müsbət xarici ticarət saldosu son bir ildə 6 dəfə azalıb

Azərbaycanın müsbət xarici ticarət saldosu son bir ildə 6 dəfə azalıb
# 17 dekabr 2009 13:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 136 ölkə ilə ticarət əməliyyatı aparıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu dövr ərzində xarici ticarət dövriyyəsinin həcmi 16 517,6 mln. ABŞ dolları, o cümlədən ixrac 11,561 mlrd. dollar, idxal isə 4 956,6 mln. dollar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə ticarət dövriyyəsinin həcmi 3,2 dəfə, o cümlədən ixrac 4 dəfə, idxal isə 16% azalıb.

Ticarət əlaqələrinin 70%-i ixracın, 30%-i isə idxalın hesabına formalaşıb ki, nəticədə 6 604,4 mln. dollarlıq müsbət saldo yaranıb. Ötən illə müqayisədə müsbət saldonun həcmi 6 dəfə azalıb.

İdxal-ixrac əməliyyatlarının 18,6%i İtaliya, 9,5%-i ABŞ, 9,2%-i Rusiya, 6,8%-i Fransa, 5,5%-i İsrail, 4,9%-i Türkiyə, 4,2%-i Tayvan (Çinin əyaləti), 3,3%-i Almaniya, 2,9%-i Çin, 2,9%-i Ukrayna, 2,7%-i Kanada, 2,6%-i İndoneziya, 2,6%-i Böyük Britaniya, 2,6%-i Malayziya, 2,3%-i Gürcüstan, 1,9%-i Hindistan, 17,5%-i isə digər ölkələrlə aparılıb.

Qeyd edək ki, mal mübadiləsinin 88,9%-i, o cümlədən ixracın 90,9%-i və idxalın 84,1%-i sərbəst dönərli valyuta sövdələşmələri yolu ilə həyata keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR