Azərbaycan bu il araq istehsalını 12% artırıb

Azərbaycan bu il araq istehsalını 12% artırıb
# 21 dekabr 2009 11:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Cari ilin ilk on bir ayı ərzində Azərbaycan sənayesində ikinci böyük xüsusi çəkiyə malik emal bölməsinin müəssisələri və fərdi sahibkarlar (ev təsərrüfatlarının sənaye istehsalı da nəzərə alınmaqla) tərəfindən 3 813,4 mln. manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, istehsalın daha çox hissəsi – içki və tütün də daxil olmaqla qida məhsullarının istehsalının payına düşüb.

Hesabat dövründə qida məhsullarından şəkər istehsalı 2,8% artaraq 262,8 min ton, çay 21,8% artaraq 7,1 min ton, ət 8,3% artaraq 153,7 min ton, süd 3% artaraq 48,5 mln. dekalitr, kərə yağı 0,9% artaraq 13,4 min ton, şampan şərabı 21,6% artaraq 37,7 min dekalitr, pivə 10,1% artaraq 3,5 mln. dekalitr, araq isə 12,2% artaraq 768,3 min dekalitr olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR