Azərbaycanda özəlləşdirmə çeklərinin istifadə müddəti uzadılıb

Azərbaycanda özəlləşdirmə çeklərinin istifadə müddəti uzadılıb
# 24 dekabr 2009 08:25 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, fərmana əsasən, 2010-cu ilin yanvarın 1-nə kimi istifadə müddəti olan özəlləşdirmə çekləri və opsionlarının istifadə müddəti daha 1 il uzadılıb.

Bundan başqa, fərmanla Əmlak Məsələləri Dövlət Komitəsinə bir sıra tapşırıq verilib. Belə ki, Komitəyə dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövlət əmlakının özəlləşdirilməsində daha geniş istifadəsi üçün zəruri tədbirlərin görülməsinin təmin edilməsi, dövriyyədə olan özəlləşdirmə paylarının (çeklərinin) özəlləşdirmə zamanı tədiyə vasitəsi kimi istifadə müddəti başa çatdıqdan sonra özəlləşdirmə prosesində dövlət müəssisələrinin əmək kollektivləri üzvlərinə və onlara bərabər tutulan şəxslərə verilən güzəştlərin həyata keçirilməsinin, habelə dövlət əmlakının satışının yeni mexanizmlərinin müəyyən edilməsi ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan prezidentinə təqdim edilməsi tapşırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR