IFC: Azərbaycanda sahibkarların lisenziyalaşdırılması və dövlət yoxlamaları sahələrində islahatlar aparılmalıdır

IFC: Azərbaycanda sahibkarların lisenziyalaşdırılması və dövlət yoxlamaları sahələrində islahatlar aparılmalıdır
# 24 dekabr 2009 10:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanın regionlarında sahibkarlarla keçirdiyi görüşlər və ölkədə apardığı nəzarət sisteminin yekunlarına dair Bakıda brifinq keçirib.

«APA-Economics»in məlumatına görə, Dünya Bankı qrupunun ölkədə investisiya mühitinin yaxşılaşdırılmasına dair layihənin nümayəndələri tərəfindən keçirilən brifinqlə yanaşı IFC-nin illik hesabatının təqdimatı keçirilib.

Tədbirdə IFC-nin nümayəndələri tərəfindən bildirilib ki, hazırda Azərbaycanda kiçik və orta biznes sektorunda əsas problem icazələrin (lisenziyaların) alınması ilə bağlıdır. Belə ki, IFC-nin Azərbaycanın 7 regionunda 300 sahibkarla keçirdiyi görüşlərin nəticələrinə əsasən, sahibkarın 32%-i icazələrin alınmasında problemlərlə üzləşdiyini bildirib və məsələn, Gəncədə fəaliyyət göstərən hər bir müəssisənin təxminən 12-17% illik gəliri sözügedən icazələrin alınmasına sərf olunur, Şəkidə sahibkarlar lisenziyanın alınması üçün qeyri-rəsmi rüsumların ödənilməsi ilə üzləşir, Səlyanda isə iş adamları ümumiyyətlə bu prosedurun çətin olduğunu bildirib.

Bununla yanaşı, problmlərdən biri də sahibkarların öz hüquqlarının bilməməsi ilə bağlıdır ki, IFC gələn ildən etibarən «Lisenziyaların növləri və lisenziyaları nə cür almaq», «Yoxlamalar və müfəttişin səfəri zamanı nə etmək», «Vergilərin növləri və vergiləri nə cür ödəmək» və digər mövzulu broşürların yayılmasını təşkil edəcək.

Bundan başqa, tədbirdə IFC tərəfindən 2008-ci ildə 1 800 özəl müəssisə arasında keçirdiyi sorğuların üzə çıxartdığı problemlər, nəticələr və IFC-nin verdiyi məsləhətlər müzakirə olunub.

Sahibkarların problemlərindən biri də dövlət tərəfindən tez-tez yoxlamalara məruz qalması ilə bağlıdır ki, IFC-nin araşdırmalarına əsasən, Azərbaycanda hər bir müəssisə orta hesabla ildə 9 dəfə yoxlanılır. Belə ki, yoxlamaların 86%-i ticarət və qida sənayesi sahəsində, 80%-i tikintidə, 74%-i istehsal sahəsində, 70%-i isə xidmət sektorunda aparılır və Azərbaycan Vergilər Nazirliyi tərəfindən 90% fiziki şəxs, 91% hüquqi şəxs, Fövqəladə Hallar Nazirliyi tərəfindən 66% fiziki, 68% hüquqi, Əmək və Əhalinin Saosial Müdafiəsi Nazirliyi tərəfindən isə 58% fizik və 63% hüquqi şəxs yoxlanılıb.

IFC isə öz növbəsində yoxlamaların sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün eyni qaydada aparılmasını tövsiyyə edib. Belə ki, əgər ət istehsalında risklərin yüksək olması müşahidə olunursa, həmin ətin doğranması ilə məşğul olan sahibkarların riskləri orta, əti satan müəssisədə isə risklər aşağı səviyyədədir və yoxlamalar risklərə müvafiq olaraq aparılmalıdır.

IFC Azərbaycanda sahibkarların icazələrin alınması və dövlət yoxlamaları sahələrində islahatların aparılmasının vacibliyini vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR