Azərbaycanda sahibkarlığın güzşətli kreditləşdirilməsi ötən il 50% artırılıb

Azərbaycanda sahibkarlığın güzşətli kreditləşdirilməsi ötən il 50% artırılıb
# 19 yanvar 2010 08:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Cari ildə və ortamüddətli perspektivdə Azərbaycanda makroiqtisadi sabitliyin qorunub saxlanılması, nəqliyyat, kommunal, enerji, rabitə infrastrukturunun dövlət tərəfindən yaradılması və yenidən qurulmasının davam etdirilməsi, uzunmüddətli və ucuz kreditlərin alınmasına sahibkarların çıxış imkanlarının artırılması, qeyri-strateji dövlət mülkiyyətinin özəlləşdirilməsinin sürətləndirilməsi sahibkarlığın inkişafına əlavə güclü impuls verməklə, qarşıdakı vəzifənin icrasına sanballı təkan olacaq. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan hökumətinin 2009-cu ilin yekunlarına dair prezident yanında keçirilən iclasında maliyyə naziri Samir Şərifov bildirib.

Nazir onu da qeyd edib ki, ötən il dövlət büdcəsindən Azərbaycan İnvestisiya Şirkətinin nizamnamə kapitalının artırılmasına 70 mln. manat vəsait yönəldilib, Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) vəsaitləri hesabına isə 2 100 sahibkarlıq subyektinə 130 mln. manat güzəştli kreditlər verilib ki, bu da 2008-ci illə müqayisədə 1,5 dəfə çoxdur: «Kreditlərin 70 mln. manatı dövlət büdcəsindən SKMF-a ayrılmış vəsait hesabına təmin edilib. Güzəştli kreditlər hesabına qeyri-neft sektorunda 94 iri, o cümlədən 52 istehsal, emal və infrastruktur layihələri maliyyələşdirilib ki, bunun da 99,2%-i regionların payına düşür».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR