Azərbaycan əhalisi ötən il istehlak xərclərini 8% artırıb

Azərbaycan əhalisi ötən il istehlak xərclərini 8% artırıb
# 22 yanvar 2010 13:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən ilin yanvar-dekabr aylarında Azərbaycanın əmtəə bazarında əhaliyə 11 828,5 mln. manatlıq və ya 8,9% çox istehlak malları satılıb və iaşə xidmətləri göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, artımın 94,9%-i pərakəndə ticarət müəssisələri, 5,1%-i isə iaşə müəssisələri üzrə əldə edilib.

Hesabat ilində hər bir ölkə sakini ticarət və iaşə şəbəkələrindən alınan istehlak mallarına orta hesabla ayda 111,1 manat və ya əvvəlki illə müqayisədə 7,6% çox vəsait xərcləyib. Bu artım ticarət şəbəkəsi üzrə 7,4 manat, iaşə şəbəkəsi üzrə isə 0,4 manat təşkil edib.

Pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmində qeyri-dövlət müəssisələrinin xüsusi çəkisi 99,2% təşkil edib.

Ötən il həmçinin, iaşə müəssisələri istisna olmaqla, pərakəndə ticarət şəbəkəsindən əhaliyə 11 493,4 mln. manatlıq və ya 8,7% çox əmtəə satılıb. İl ərzində adambaşına satılmış orta aylıq ərzaq mallarının həcmi 71,7 manata, qeyri-ərzaq mallarının həcmi 39,4 manata çataraq, əvvəlki ilin eyni göstəricisini müvafiq olaraq 5,1 manat və 2,7 manat üstələyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR