«Caspian Energy Alliance» şirkətində 24%-lik iştirak payı satılır

«Caspian Energy Alliance» şirkətində 24%-lik iştirak payı satılır
# 01 aprel 2010 13:05 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Caspian Energy Alliance» şirkətində 24%-lik iştirak payının satışa çıxarılması ilə bağlı elan dərc olunub. «APA-Economics» xəbər verdiyi kimi, bunu Xəzər Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) prezidenti Telman Əliyev bildirib.

Qeyd edək ki, «Caspian Energy Alliance» şirkəti CEIBC, «Caspian Energy» beynəlxalq media qrupu, «Alternative Energy» beynəlxalq media qrupu və «Leo BRANDMAKER» internet media şirkətində 100%-lik iştirak payına malikdir.

İştirak payını Xəzər və Qara Dəniz, həmçinin Baltikyanı regionların dövlət və kommersiya şirkət və təşkilatları, diplomatik nümayyəndəliklər, qeyri-hökumət təşkilatları və media şirkətləri əldə edə bilər. Eyni zamanda, iri maliyyə-sənaye qruplarının tərkib hissəsi olan şitkət və təşkilatlar «Caspian Energy Alliance»da 5%-dən artıq iştirak payı ala bilməz.

Satış barəsində daha geniş məlumat CEIBC-nin aprelin 9-da keçiriləcək növbəti iclasında təqdim olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR