Saxlama müddəti ötmüş 580 kq ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib

Saxlama müddəti ötmüş 580 kq ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib
# 08 aprel 2010 14:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Binəqədi rayonunda 9-cu mikrorayon, M.Cəlal küçəsində yerləşən «Panda market»də, M.Cəlal küçəsi, 37 ünvanında yerləşən «Bizim market»də, Ağaqulu Hacıyevə məxsus mağazada, Ənvər Məmmədova məxsus mağazada, «Dəniz market»də, S.Məmmədova küçəsi, 6, 3248-ci məhəllədə yerləşən «Compass market»də, Azadlıq prospekti, ev 196A ünvanında yerləşən «NNN market»də, Cavadxan küçəsi, 16 ünvanında Vaqif Adıgözəlova məxsus mağazada, 7-ci mikrorayonda yerləşən «Sizin market»də, C.Xəndan küçəsi, ev 28 ünvanında yerləşən «Yeni market»də, 8-ci mikrorayon, ev 15A ünvanında Müseyib Hüseynova məxsus mağazada, Ə.İsgəndərov küçəsi, ev 2A ünvanında Seymur İsmayılova məxsus mağazada, Nəsimi rayonunda M.Kazımovski küçəsi, ev 13 ünvanında yerləşən «Al-Vadi market»də, 20 yanvar küçəsi, ev 2313 ünvanında yerləşən «Halal market»də, ev 36, mənzil 1 ünvanında Məhəmməd Ələkbərova məxsus mağazada, ev 35, mənzil 18 ünvanında yerləşən «Halal martket»də, H.Seyidzadə küçəsi, ev 26A ünvanında yerləşən «Yusif market»də, 2-ci mikrorayon, Cavadxan küçəsi, ev 10, mənzil 91 ünvanında Qurban Balayevə məxsus mağazada, Quba şəhərində H.Əliyev prospektində Məstan Abdullayevə məxsus mağazada, Qazax şəhərində Vidadi küçəsində yerləşən «Yeddi gözəl» ərzaq malları mağazasında, Gəncə şəhərində Nizami küçəsi, 64 ünvanında yerləşən «Şəhriyar market»də, Ağstafa şəhərində Mərkəzi Bazar daxilində yerləşən «Kür» ərzaq mağazasında, Afayət Murquzovaya məxsus ərzaq malları mağazasında, Qarabağ məhəlləsində yerləşən «Final market»də, ümumi çəkisi 580 kiloqrama yaxın saxlama müddəti ötmüş və normativ texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsulları, o cümlədən qənnadı məhsullar, kolbasa, konservləşdirilmiş məhsullar, yağlar, un məmulatları, süd məhsulları, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görüləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR