“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tətbiq edilməsi haqqında Prezidentin fərmanına dəyişikliklər edilib

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tətbiq edilməsi haqqında Prezidentin fərmanına dəyişikliklər edilib
# 13 aprel 2010 20:02 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tətbiq edilməsi haqqında Prezidentin fərmanına dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.

Bu barədə APA AzərTac-a istinadən xəbər verir.

Fərmanda deyilir:
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 30 dekabr tarixli 757 IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qərara alıram:
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №8, maddə 621; 2005-ci il, №2, maddə 64, №8, maddə 718; 2006-cı il, №7, maddə 590; 2007-ci il, №6, maddə 606) 4.2.1-ci bəndindən “6.2-ci,” rəqəmi çıxarılsın.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR