Bakıda II Belarus Milli Sərgisi işə başlayıb - FOTOSESSİYA

Bakıda II Belarus Milli Sərgisi işə başlayıb - <font color=red>FOTOSESSİYA</font>
# 05 may 2010 10:24 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Bu gün Bakıda II Belarus Milli Sərgisi işə başlayıb.

«APA-Economics»in məlumatına görə, sərginin açılış mərasiminə Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov və Belarus baş nazirinin müavini, Azərbaycan-Belarus hökumətlərarası Komissiyasının həmsədri Andrey Kobyakov da qatılıb.

Sərginin açılışında çıxış edən A.Kobyakov ölkələr arasında yaxşı əlaqələrin olduğunu və sərgidə Belarusun aqrar sektor, maşınqayırma, ət və süd məhsulları istehsalı, elm və təhsil sektorlarından müəssisələrin öz məhsullarını nümayiş etdirdiyini, sərgiyə Belarusdan 150-dək iş adamının qatıldığını bildirib. Ölkələr arasında ticarət dövriyyəsinin son illər 4 dəfə artdığını qeyd edən baş nazirin müavini yaxın illər üçün ölkələr arasında ticarət dövriyyəsinin mövcud 130 mln. ABŞ dollarından 500 mln. dollara çatdırılmasının məqsədlərdən olduğunu qeyd edib.

Belarusu Azərbaycanın strateji tərəfdaşlarından adlandıran Y.Eyyubov isə ölkələr arasında siyasi və iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu, Azərbaycanın Belarusla hazırda müxtəlif sahələrdə əməkdaşlıq etdiyini, birgə məhsulların istehsal olunduğunu vurğulayıb.

Tədbirdə o da qeyd olunub ki, sərgidə Belarusun Minsk Avtomobil Zavodu, Minsk Traktor Zavodu və s. istehsalçılarının məhsulları, eləcə də birgə yığılmış avtotexnika nümayiş olunur.

Qeyd edək ki, mayın 7-dək Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək sərginin təşkilatçıları Belarusun Xarici İşlər, Ticarət nazirlikləri, Belarus Ticarət-Sənaye Palatası və bu ölkənin Azərbaycandakı səfirliyidir. Sərgi çərçivəsində seminar-təqdimatların, dəyirmi masa və biznes-görüşlərin keçirilməsi də planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR