Latviyalı sahibkarlar Azərbaycana gəlir

Latviyalı sahibkarlar Azərbaycana gəlir
# 18 may 2010 14:37 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Latviyalı sahibkarlardan ibarət nümayəndə heyəti Azərbaycana gələcək. APA-nın xəbərinə görə, səfər Latviyanın Azərbaycandakı səfirliyi, Latviya İnvestisiya və İnkişaf Agentliyi tərəfindən təşkil olunub. Nümayəndə heyətinə yeyinti və emal sənayesi, eləcə də informasiya texnologiyaları və poliqrafiya sahələrində fəaliyyət göstərən şirkətlərin nümayəndələri daxildir.

Səfər zamanı qonaqlar mədəniyyət və turizm, səhiyyə nazirliklərində görüşlər keçirəcək, azərbaycanlı tərəfdaşları ilə əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər. Latviyalı sahibkarlar mayın 19-21-də Bakıda keçiriləcək “World Food Azerbaijan” regional sərgisinə də qatılacaqlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR