Pakistanın «Hemani» şirkəti Azərbaycanda özünə rəsmi tərəfdaş axtarır

Pakistanın «Hemani» şirkəti Azərbaycanda özünə rəsmi tərəfdaş axtarır
# 20 may 2010 06:48 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Mərkəzi ofisi Dubayda (BƏƏ) yerləşən Pakistan kapitallı «Hemani» şirkəti Azərbaycanda özünə rəsmi tərəfdaş axtarır. Bu barədə «APA-Economics»ə şirkətin marketinq direktoru Əli Abbas Xaku bildirib.

Əsasən bitki çayları, kremlər və yağların istehsalı ilə məşğul olan şirkətin Azərbaycana indiyədək öz məhsullarını ayrı-ayrı şəxslər vasitəsi ilə çıxardığını deyən şirkət nümayəndəsinin sözlərinə görə, Azərbaycan bazarı onlar üçün cəlbedicidir: «Bizim məhsullar Azərbaycan bazarında satılır. Hesab edirik ki, əlaqələri daha da genişləndirməklə, biz bu bazarda öz yerimizi tuta biləcəyik».

Ə.A.Xaku Bakıda keçirilən XVI Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində şirkətinin iştirakının məhsulları nümayiş etdirmək, həm də rəsmi tərəfdaş tapmaq məqsədi güddüyünü söyləyib.

Qeyd edək ki, «Hemani» şirkəti hazırda istehsal etdiyi məhsulları Şimali Afrika, Mərkəzi Asiya, Yaxın Şərq ölkələrinin bazarlarına çıxarır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR