Azərbaycan nümayəndə heyəti Vyanada «İqtisadi və sərmayə imkanları» mövzusunda keçirilən tədbirdə iştirak edib

Azərbaycan nümayəndə heyəti Vyanada «İqtisadi və sərmayə imkanları» mövzusunda keçirilən tədbirdə iştirak edib
# 25 may 2010 11:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Vyanada (Avstriya) bu ölkənin Federal Ticarət Palatasının və Cənubi Qafqaz ölkələrinin Avstriyadakı səfirliklərinin dəstəyi ilə «İqtisadi və sərmayə imkanları» mövzusunda təqdimat keçirilib.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Cənubi Qafqaz ölkələrinin Avstriyadakı səfirliklərinin əməkdaşlarının və iş adamlarının iştirak etdiyi tədbirdə Azərbaycanı İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri təmsil edib.

Tədbirdə çıxış edən Federal Ticarət Palatasının MDB ölkələri üzrə regional direktoru Heints Valter Avstriya şirkətlərinin Cənubi Qafqaz ölkələrinə marağının artdığını, iş adamlarının əsasən müxtəlif xidmət sahələri, kənd təsərrüfatı, alternativ enerji mənbələri, maşınqayırma və tikinti sahəsində fəaliyyət göstərmək istədiklərini bildirib. Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov Azərbaycanın biznes mühiti və investisiya imkanlarına dair təqdimatla çıxış edib, ölkənin iqtisadi inkişafı barədə geniş məlumat verib.

Tədbirdə Azərbaycan və Avstriya şirkətləri arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi də aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR