Azərbaycanın sərinləşdirici içkilər və dondurma bazarında monitorinqlər aparılacaq

Azərbaycanın sərinləşdirici içkilər və dondurma bazarında monitorinqlər aparılacaq
# 04 iyun 2010 13:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Yay mövsümünün başlaması ilə əlaqədar Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti paytaxt və regionlarda fəaliyyət göstərən ticarət obyektlərində sərinləşdirici içkilər və dondurmaların keyfiyyətinin araşdırılması məqsədilə yoxlamalar aparacaq.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, yoxlamalar zamanı qanun pozuntusuna yol verdiyi aşkar edilən təsərrüfat subyektləri barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Dövlət Xidməti ticarət obyektlərində sərinləşdirici içkilər və dondurmaların satışı zamanı qanunvericiliyin tələblərinə əməl etməyi, istehlakçılara isə sərinləşdirici içkilər və dondurma alarkən diqqətli olmağı tövsiyə edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR