Saxlama müddəti ötmüş 586 kq ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib

Saxlama müddəti ötmüş 586 kq ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib
# 10 iyun 2010 16:41 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin növbəti monitorinqlər keçirib.

İİN-dən “APA-Economics”ə verilən məlumata görə, monitorinq zamanı Bakının Yasamal rayonunda Ş.Qurbanov küçəsi, ev 1 ünvanında yerləşən “5 Qazan” restoranında, Səbail rayonunda İstiqlaliyyət küçəsi, 47 ünvanında yerləşən “Mərkəz Lahmacun” ictimai-iaşə obyektində, Binəqədi rayonunda 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 1/2 ünvanında yerləşən “Faxralı kafe”də, Xəzər rayonunun Binə qəsəbəsində Ə.İsazədə və H.Hasilov küçələrinin kəsişməsində Mahir Kəlbiyevə məxsus mağazada, F.Aynulov küçəsində yerləşən “Sizin AS market”də, Ə.İsazadə küçəsi, 1 ünvanında yerləşən “Qartal market”də, İsazadə küçəsi, ev 62 ünvanında yerləşən “Yeni market”də, Bakı-Mərdəkan yolunda yerləşən “Binə market”də, Binə-Sovxoz yolunda Dəyanət Babayevə məxsus mağazada, 108-ci sahədə yerləşən “Şərur market”də, Binə-Sovxoz yolunda yerləşən “Halal market”də, Ev 51 ünvanında Vaqif Rzayevə məxsus mağazada, Abşeron rayonunda Hövsan Südçülük Sovxozu ərazisində yerləşən “NR Ekskluziv market”də və “Lerik market”də, Gəncə şəhərində Bağmanlar küçəsi, ev 2 ünvanında yerləşən “İsgəndəroğlu market”də, F.Əmirov küçəsində yerləşən “Market-944”də, Mingəçevir şəhərində H.Əliyev prospektində yerləşən “Hüseyn Arazlı market”də və “Fərid market”də, Quba rayonunda Quba-Xaçmaz yolunda Elçin Bahəddinova məxsus mağazada, Tovuz rayonunun Qovlar qəsəbəsində yerləşən “Rəşad ticarət mərkəzi”ndə, Bərdə şəhərində Bakı küçəsində yerləşən “Piramida market”də, Qəbələ şəhərində İ.B.Qutqaşınlı küçəsində Kəmaləddin Sadıqova və Əşrəf Qafarova məxsus mağazalarda, Şəki şəhərində M.Müşviq küçəsində yerləşən “Elnur” mağazasında, N.Nərimanov küçəsində yerləşən “Ziyanur” mağazasında, Füzuli rayonunda Bala Bəhmənli kəndində Halis Rzayevə məxsus mağazada ümumi çəkisi 586 kq olan saxlama müddəti ötmüş və normativ sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsulları, o cümlədən qənnadı məhsulları, kolbasa, süd və süd məhsulları, yağlar, balıq, konservləşdirilmiş məhsullar, un məhsulları, sərinləşdirici içkilər, alkoqollu içkilər, uşaq yeməkləri və s. aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görüləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR