Azərbaycanda xarici investisiyalı yeni pivə zavodu açılıb

Azərbaycanda xarici investisiyalı yeni pivə zavodu açılıb
# 17 iyun 2010 09:34 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Azərbaycanın Abşeron rayonunun Novxanı qəsəbəsində “Bakı-Praqa” pivə zavodunun açılış mərasimi keçirilib.

Çexiyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, Çexiyanın “DESTILA Brno” firması tərəfindən işə salınan zavodun gücü ildə 1,5 mln. litr təşkil edir. Zavodda Çexiya texnologiyası və reseptləri əsasında çex pivəsi istehsal olunacaq.

İyunun 16-da keçirilən zavodun açılış mərasimində çıxış edən Çexiyanın Azərbaycandakı səfiri Radek Matula bildirib ki, Azərbaycan Çexiya üçün ən perspektivli ticarət tərəfdaşlarından biridir. Onun sözlərinə görə, investisiyaların müdafiəsi və qarşılıqlı təşviqi haqqında hökumətlərarası saziş üzərində iş yaxın vaxtlarda başa çatdırılacaq.

Səfir Azərbaycan və Çexiya şirkətlərinin qarşılıqlı ticarət və əməkdaşlıqda maraqlı olduqlarını da vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR