Bakıda yerli sahibkarlarla türkiyəli iş adamları arasında işgüzar görüş keçirilib

Bakıda yerli sahibkarlarla türkiyəli iş adamları arasında işgüzar görüş keçirilib
# 17 iyun 2010 10:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Bakıda yerli sahibkarlarla türkiyəli iş adamları arasında işgüzar görüş keçirilib.

«APA-Economics»in məlumatına görə, görüşdə işgüzar əməkdaşlığın qurulması və investisiya məsələləri müzakirə edilib.

Azərbaycan Sahibkarlar Milli Konfederasiyasının (ASK) baş katibi Məhəmmədəli Əfəndiyevin sözlərinə görə, görüşdə turizm, inşaat, memarlıq, enerji, logistika, təhlükəsizlik və digər sahələri təmsil edən şirkətlərin nümayəndələri iştirak edir: “Türkiyəli iş adamları Azərbaycanda daha çox turizm və inşaat sektoruna investisiya yatırmaqda maraqlıdır”.

“Xəzər və Qara Dəniz” biznes jurnalının direktoru Çağlar Ünalın sözlərinə görə, Azərbaycana gələn türkiyəli iş adamları burada uzunmüddətli layihələr haqda düşünürlər. Enerji, nəqliyyat, turizm memarlıq mebel sənayesi sektorlarını əhatə edən iş adamları Azərbaycana investisiya yatırmaq niyyətindədirlər.

Ç.Ünalın sözlərinə görə, türkiyəli iş adamlarının Azərbaycana bu cür maraq göstərməsi ölkədə iqtisadiyyatın istənilən sahəsində münbit şəraitin olması ilə bağlıdır: «Bu, bizim Azərbaycana ilk gəlişimiz deyil, ASK-nın təşəbbüsü ilə biz hər iki aydan bir Bakıya səfər edirik və ümid edirik ki, bu səfərlər davamlı olacaq».

Qeyd edək ki, görüşdə hər iki tərəfdən 10-a yaxın şirkət iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR