Türkiyə şirkətlərinin Azərbaycana yatırdığı sərmayələr 3 mlrd. dollara çatıb

Türkiyə şirkətlərinin Azərbaycana yatırdığı sərmayələr 3 mlrd. dollara çatıb
# 17 iyun 2010 11:36 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu günədək Azərbaycana Türkiyə şirkətləri tərəfindən 3 mlrd. dollardan artıq sərmayə yatırılıb. «APA-Economics»in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bildirib.

H.Kılıçın sözlərinə görə, türk şirkətləri tərəfindən Azərbaycana qoyulan sərmayələrin həcmi ilbəil artır: «Xarici sərmayə ölkənin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir, eyni zamanda işsizliyin aradan qaldırılmasında mühüm rol oynayır. Biz Türkiyə olaraq ölkə iqtisadiyyatına xarici investisiyaların yatırılmasını daim təşviq etmişik».

Səfir onu da əlavə edib ki, Türkiyə şirkətləri Azərbaycan iqtisadiyyatına böyük maraq göstərir. Bakıda təşkil olunan sərgilərə hər il Türkiyədən yeni-yeni şirkətlər qatılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR